Panamanın Hərbi Hava Qüvvələrinin komandanı helikopter qəzasında yaralanıb

Panamanın Hərbi Hava Qüvvələrinin komandanı helikopter qəzasında yaralanıb
# 07 fevral 2014 03:33 (UTC +04:00)

Bakı-APA. Panamanın Hərbi Hava Qüvvələrinə məxsus helikopter narkotik alverçilərini təqib edərkən qəzaya uğrayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, insident nəticəsində ekipaj üzvlərindən 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Məlumata görə, xəsarət alanlar arasında Panamanın Hərbi Hava Qüvvələrinin rəhbəri Belsio Qonsales də var. Hadisə narkomafiyanın daha fəal olduğu Kolumbiya ilə həmsərhəd Daryen əyalətində baş verib.

Yaralılar xəstəxanaya çatdırılıb, hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR