ABŞ-ın Suriya ilə bağlı birtərəfli addımlarını daha 8 ölkə dəstəkləyib

ABŞ-ın Suriya ilə bağlı birtərəfli addımlarını daha 8 ölkə dəstəkləyib
# 11 sentyabr 2013 01:31 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın BMT TŞ-nin sanksiyası olmadan Suriya ilə bağlı planını dəstəkləyən bəyanata daha 8 ölkə qoşulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında deyilir.

Məlumata görə, bəyanata Gürcüstan, Qvatemala, Küveyt, Malta, Monteneqro, Panama, Polşa və Portuqaliya qoşulub.

Beləliklə, ABŞ-ın BMT TŞ-nin sanksiyası olmadan Suriya ilə bağlı addımlarını dəstəkləyən ölkələrin sayı 33-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR