Yaponiyanın baş naziri, Polşa və Yunanıstan prezidentləri Azərbaycan dövlət başçısını təbrik ediblər

Yaponiyanın baş naziri, Polşa və Yunanıstan prezidentləri Azərbaycan dövlət başçısını təbrik ediblər
# 22 oktyabr 2013 10:34 (UTC +04:00)

APA-nın məlumatına görə, İ. Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edən baş nazir Azərbaycanın onun müdrik rəhbərliyi ilə daha da inkişaf edəcəyinə, Qafqaz regionunda sabitlik və tərəqqinin əsası olacağına ümidvar olduğunu deyib.

“Əminəm ki, ölkələrimiz arasında qurulmuş dostluq münasibətləri bundan sonra daha da güclənəcək, siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində, regionlararası mübadilə və digər müxtəlif istiqamətlərdə əlaqələr inkişaf edəcək. Yaponiya Azərbaycana tərəqqi yolunda dəstək olub. Mən də Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq münasibətlərini daha da yüksək səviyyəyə qaldırmaq üçün əlimdən gələni edəcəyəm”, - deyə Ş. Abe vurğulayıb.

Polşa prezidenti Bronislav Komorovski və Yunanıstan prezidenti Karolos Papulyas da Azərbaycan dövlət başçısına təbrik məktubu göndəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR