Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan yol qəzasının digər iştirakçısının adı məlum olub - VİDEO

Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan yol qəzasının digər iştirakçısının adı məlum olub - <span style="color: red;">VİDEO
# 15 mart 2014 08:47 (UTC +04:00)

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəzada iştirak edən digər “Mercedes Galenvagen” markalı, 90 FE 007 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mədətov Xalid Mübariz oğludur.

Polisdən həmçinin bildirilib ki, hadisədən sonra həmin sürücünün ilkin ifadəsi alınsa da, hələlik heç kim tutulmayıb. Aparılan ekspertizanın nəticələrinə uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, qəzada mahir tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və daha bir azyaşlı nəvəsi isə ölüb.

Faktla cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR