Dow Jones indeksi 0,04%, S&P 500 0,1%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,04%, S&P 500 0,1%, Nasdaq 0,3% yüksəlib
# 06 sentyabr 2013 06:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 14 938 bəndədək, S&P 500 0,1% - 1 655 bəndədək, Nasdaq 0,3% - 3 659 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə əmək bazarı üzrə müsbət xəbərlər təsir edib. Belə ki, ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı 9 min azalaraq 323 minə düşüb ki, bud a 2007-ci oktyabrından minimal göstəricidir. Eyni zamanda avqust ayında ölkədə iş yerlərin sayı 176 min artıb.

Avropa fond bazarlarında sentyabrın 5-də FTSE 100 indeksi 0,9% - 6 532 bəndədək, Almaniya DAX-ı 0,5% - 8 235 bəndədək, Fransa CAC-40-ı isə 0,7% - 4 007 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 372,0 dollar bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3135 dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR