“Silk Way” Aviaşirkəti MMC-nin əməkdaşları barəsində cinayət işi məhkəməyə göndərilib

“Silk Way” Aviaşirkəti MMC-nin əməkdaşları barəsində cinayət işi məhkəməyə göndərilib
# 05 noyabr 2013 13:28 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cəmiyyətin “Ground Handling Company” filialının Transfer və sərnişinlərə xidmət üzrə agenti Elmin Novruzovun, xidmətin sabiq əməkdaşı Mirzəli Quliyevlə əvvəlcədən əldə etdikləri razılaşmaya əsasən 3 min ABŞ dolları müqabilində sonuncunun tanışları olan İran İslam Respublikasının 4 vətəndaşının və digər 2 şəxsin vizasız və hazırladıqları saxta minik talonları əsasında “Azərbaycan Hava Yolları” QSC-nin “Bakı-London” istiqamətində uçan təyyarəsi ilə ölkə ərazisini qanunsuz tərk etmələrinə şərait yaratmaqla cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan E. Novruzov Cinayət Məcəlləsinin 308.1 (vəzifədən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), M. Quliyev isə həmin məcəllənin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Xəzər Rayon məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR