AEBA müfəttişləri İranda Ərak ağır su nüvə reaktoruna baxış keçiriblər

AEBA müfəttişləri İranda Ərak ağır su nüvə reaktoruna baxış keçiriblər
# 09 dekabr 2013 06:59 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri dekabrın 8-də İranın Mərkəzi vilayətində yerləşən sonra Ərak ağır su nüvə reaktoruna baxış keçiriblər.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi açıqlama verib. Onun sözlərinə görə, səhərdən axşamadək davam edib. Bu, AEBA müfəttişlərinin həmin nüvə obyektinə üçüncü baxışıdır.

Qeyd edək ki, noyabrın 11-də İranla beynəlxalq agentlik arasında əməkdaşlığa dair razılaşma əldə olunub və həmin sənədə əsasən rəsmi Tehran agentliyin müfəttişlərinə Ərak ağır su nüvə reaktoruna baxış keçirməyə icazə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR