Vitse-admiral Şahin Sultanovun şikayəti əsasında həbs olunan hüquq müdafiəçisinin cəzası azaldılıb

Vitse-admiral Şahin Sultanovun şikayəti əsasında həbs olunan hüquq müdafiəçisinin cəzası azaldılıb
# 12 fevral 2014 11:59 (UTC +04:00)

APA-nın məlumatına görə, məhkəmə B. Məmmədovun barəsində olan hökmü dəyişdirib, onun cəzası 8 ildən 7 il 8 aya endirilib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanının yaxınlığında yaşayan hərbçilərin hüquqlarını müdafiə edən B. Məmmədov Hərbi Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanovun şikayətinə əsasən, saxlanılıb. B. Məmmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. 2012-ci il dekabrın 30-da Səbayel rayon Polis İdarəsinə çağırılan B. Məmmədov orada saxlanılıb və Səbayel Rayon Məhkəməsinə aparılaraq barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra isə B. Məmmədova daha bir maddə - Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR