Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Mozambikin xarici işlər naziri ilə görüşüb - FOTO

Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Mozambikin xarici işlər naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 24 fevral 2014 17:39 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Mozambik arasında siyasi, iqtisadi, mədəni, təhsil və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və problemin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barəsində məlumat verən Elmar Məmmədyarov münaqişə nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin işğal edildiyini və bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi koçkün vəziyyətinə düşdüyünü bildirib. Elmar Məmmədyarov Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul edilmiş dörd qətnaməsinin tələblərinin yerinə yetirilmədiyini və Ermənistanın öz təcavüzkar siyasətini bu gün də davam etdirdiyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov təhsil, neft-qaz və digər sahələrdə Mozambik mütəxəssislərinin hazırlanması, təcrübə mübadiləsinin aparılması və ADA Universitetində Mozambik diplomatlarının və digər peşə sahiblərinin təhsil almasının mümkünlüyünü qeyd etmiş və Mozambikin xarici işlər naziri Oldemiro Baloiyini Azərbaycana səfərə dəvət edib.

Dəvəti məmnuniyyətlə qəbul etdiyini deyən Mozambikin xarici işlər naziri Oldemiro Baloi Nazir Elmar Məmmədyarovun cənubi Afrika regionuna və Mozambikə səfərinin region və ölkəsi üçün xüsusi siyasi əhəmiyyət daşıdığını qeyd edib. O, yerləşdiyi regionda mühüm rola və dinamik iqtisadiyyata malik olan Azərbaycan Respublikası ilə ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirib və bu xüsusda, ikitərəfli hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edərək, Mozambikdə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı və ölkəsinə Azərbaycan sərmayələrinin cəlb edilməsində maraqlı olduqlarını vurğulayıb.

Mozambikə ilk rəsmi səfəri çərçivəsində nazir E.Məmmədyarov bu ölkənin təbii sərvətlər naziri xanım Salvadora Namburete ilə də görüş keçirib. Görüş əsnasında E.Məmmədyarov Azərbaycanın iqtisadi inkişafı və uğurlu enerji strategiyası haqqında danışaraq, enerji resurslarının istismarı, emalı və hasilatı sahəsində Azərbaycanın zəngin təcrübəsi haqqında məlumat verib.

Nazir iki ölkə arasında enerji sahəsində əməkdaşlığın, təcrübə mübadiləsi və mütəxəssislərin hazırlanmasının mümkünlüyünə toxunaraq, bu xüsusda əlaqələrin inkişafı üçün lazımi hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edib.

Xanım S.Namburete Azərbaycan neft və qaz sahəsində təcrübəsinin xüsusi maraq doğurduğunu qeyd edərək, Mozambikin bu təcrübədən bəhrələnmək niyyətində olduğunu diqqətə çatdırıb, Azərbaycanın təhsil müəssisələrində neft-qaz sahəsi üzrə Mozambik mütəxəssislərinin hazırlanması və ixtisasartırma kurslarının təşkil edilməsində maraqlı olduqlarını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR