Azərbaycanın magistral neft və qaz kəmərləri ilə nəqlin həcmi artıb

Azərbaycanın magistral neft və qaz kəmərləri ilə nəqlin həcmi artıb
# 19 may 2014 13:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 15,5 mln. ton neft nəql edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2% artım müşahidə olunub.

Nəqletmənin dörddə üç hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 11,7 mln. ton neft ötürülüb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1,8 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

Bu ilin 4 ayı ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 7,8 mlrd. kubmetr və ya 12,1% çox qaz nəql edilib. Nəql edilmiş qazın 27,7%-I Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 2,2 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR