Bakı Metropoliteni qatar heyətindəki vaqonların sayını artıra bilər

 Bakı Metropoliteni qatar heyətindəki vaqonların sayını artıra bilər
# 08 noyabr 2013 08:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı Metropoliteninin xətlərində hərəkət edən qatarlar arasında sıxlıq vaxtı dəyişməyəcək. «APA-Economics»in xəbər verdiyi ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib: «Çünki bizim pik saatlarında ən minimal interval imkanımız 2 dəqiqədir. Bu, platformaya yerləşən vaqonların sayının azlığı, yəni 5 vaqonun yerləşməsi ilə bağlıdır».


Metropoliten başçısı qeyd edib ki, hazırkı sıxlığı nəzərə alaraq, üçüncü xətdə (Bənövşəyi) platformaların uzunluğu 7 vaqonun yerləşməsi üçün nəzərdə tutulur.

«Gələcəkdə «Avtovağzal», «Memar Əcəmi-2» və sonrakı stansiyalarda 7 vaqonlu platformadan istifadə edəcəyik. Yəqin ki, ilk başlanğıcda bu, 5 vaqonlu olacaq, ancaq orada da indiki kimi sərnişin sıxlığı müşahidə olunarsa, 7 vaqondan istifadə olunacaq», - deyə T.Əhmədov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR