Pakistanın Bəlucistan əyalətinin baş naziri Azərbaycan səfirliyini ziyarət edib - FOTO

Pakistanın Bəlucistan əyalətinin baş naziri Azərbaycan səfirliyini ziyarət edib - <span style="color: red;">FOTO
# 25 noyabr 2013 14:00 (UTC +04:00)

Bakı – APA. Pakistanın Bəlucistan əyalətinin baş naziri Abdul Malik Bəluc Azərbaycanın Pakistandakı səfirliyini ziyarət edib. Səfirlikdən APA-ya verilən məlumata görə, səfir Daşqın Şikarov Dağlıq Qarabağ məsələsi daxil olmaqla, bütün məsələlərdə Pakistanın Azərbaycana verdiyi dəstəklə əlaqədar A. M. Bəluca təşəkkür edərək, Azərbaycan xalqının da daim bütün məsələlərdə Pakistanla birlikdə olduğunu söyləyib.

A. M. Bəluc iki ölkə və xalqlar arasında münasibətlərin strateji xarakter daşıdığını qeyd edərək əlaqələrin bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. O, əyalətdə gedən proseslərdən, Avaran bölgəsində baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində əyalət və federal hökumət tərəfindən görülən işlər və digər məsələlər barəsində geniş məlumat verib, zəlzələdən dərhal sonra Azərbaycanın yardım təklifini yüksək qiymətləndirərək qardaş Azərbaycana təşəkkürünü bildirib.

Bəlucistan hökumətinin başçısı Qurban Bayramında zəlzələ bölgəsində qurbanlıqların kəsilərək təbii fəlakətdən zərər çəkmiş insanlara paylanmasında göstərdiyi dəstəyə, həmçinin 2012-ci ildə əyalətin Kvetta və Zob şəhərlərində həyata keçirdiyi humanitar layihələrə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya öz minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR