Lənkəranda 35 yaşlı qadın müəmmalı şəkildə xəsarət alıb - FOTO - VİDEO

Lənkəranda 35 yaşlı qadın müəmmalı şəkildə xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 aprel 2014 16:37 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 16:30 radələrində şəhərin bazarətrafı ərazisində, avtomobillərin sıx hərəkət etdiyi Həzi Aslanov küçəsində qeydə alınıb.

Lənkəran şəhər sakini, 35 yaşlı Gülarə Hacırza qızı Feyzullayevanı avtomobil vurub. Piyadanı vuran avtomobil isə yaralını xəstəxanaya aparmaq əvəzinə hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan və huşunu itirən yaralıya hadisə şahidləri kömək etsələr də, onun vəziyyəti ağır olduğundan özünə gəlməyib. Lənkəran Təcili Və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası hadisə yerinə gecikdiyindən, xəsarət alan şəxs yaralı halda 40 dəqiqədən çox yerdə yatmalı olub. Nəhayət ki, ətrafdakı adamlar tərəfindən G.Feyzullayeva minik avtomobilində Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

Lənkəran MRX-dən verilən məlumata görə, yaralı sağ əlinin arxa səthinin əzilməsi, burnunun qanaxması və burnunun əzilməsi diaqnozu ilə dərhal xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərildikdən sonra hazırda vəziyyətinin normal olduğu bildirilir.

Hadisə yerinə polis şöbəsinin əməkdaşları cəlb olunsa da, olayın dəqiq səbəbləri məlum olmayıb. Digər versiya kimi Gülarə Feyzullayevanın marşrut avtobusunda olduğu zaman sürücü ilə mübahisə edərək özünü yerə atdığı göstərilir. Hadisənin dəqiq başvermə səbəbləri isə araşdırmalardan sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR