Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin kursantlarının hərbi geyim və əşya əmlakı ilə təchizatı norması müəyyənləşib

Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin kursantlarının hərbi geyim və əşya əmlakı ilə təchizatı norması müəyyənləşib
# 28 yanvar 2014 13:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti 2005-ci il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nda dəyişiklik edib.

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”na “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin kursantlarının hərbi geyim və əşya əmlakı ilə təchizatının 2-1 nömrəli norması” əlavə edilib.

Təhsilini başa vuraraq ilk hərbi rütbə aldıqda, kursantlara əvvəllər verilmiş, lakin istismar müddətləri başa çatmamış əşya əmlakları onların gələcək təminatına hesablanır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR