Rəşad Sadıqov: Biz bir vətəndaş kimi borcumuzu yerinə yetirdik

Rəşad Sadıqov: Biz bir vətəndaş kimi borcumuzu yerinə yetirdik
# 09 oktyabr 2013 14:38 (UTC +04:00)

Bakı – APA. “Ölkəmiz üçün önəmli gündür. Xalq öz prezidentini seçir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov deyib.

2014-ün seçmə mərhələsinin qarşıdan gələn oyunlarına hazırlaşan yığmamızın futbolçuları bu gün Xətai rayonu 36-cı seçki dairəsi, 55 saylı orta məktəbdə yerləşən 9-cu məntəqədə birlikdə səs veriblər.

Səsverməyə qatılan Sadıqov seçki prosesi ilə bağlı fikirlərini bölüşüb: “Komandamız qarşıdakı oyunlara hazırlaşdığından məsləhət oldu ki, hamımız bir yerdə səs verək. Bununla bağlı AFFA rəhbərliyi Mərkəzi Seçki Komissiyasına müraciət etdi və müsbət cavab aldı. Gördüyünüz kimi, hər şey yaxşı təşkil olunub. Rahat gəlib öz səsimizi verdik. İnşallah, seçim xalqımız üçün uğurlu olar. Biz bir vətəndaş kimi borcumuzu yerinə yetirdik.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR