İranda güclü zəlzələ olub

İranda güclü zəlzələ olub
# 21 may 2014 12:52 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Buşəhr vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Buşəhr vilayətinin Bəndər Reig məntəqəsinə təsadüf edib.

5.4 bal gücündə olan zəlzələ mayın 21-də Bakı vaxtı ilə saat 14:46-da yerin 19 km dərinliyində meydana gəlib.

Təbii fəlakət Bəndər Reigdən 24 km, Bəndər Genavədən 31 km və Abpəxşdən 36 km uzaqlıqda baş verib.

İnsan itkisi və tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR