“Azərbaycan Respublikasında Miqrasiya Siyasəti və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

“Azərbaycan Respublikasında Miqrasiya Siyasəti və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilib - <span style="color: red;">FOTO
# 10 aprel 2014 11:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıda “Azərbaycan Respublikasında Miqrasiya Siyasəti və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları və Konfliktologiya İnstitutu, Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.


Tədbirdə çıxış edən AMEA İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bildirib ki, prezidentin ölkədə miqrasiya sahəsində dövlət siyasətinin, miqrasiya proseslərinin idarə edilməsinin gücləndirilməsi və tənzimlənməsində yaranmış problemlərin hüquqi çərçivədə həllinə istiqamətlənən göstərişlərini nəzərə alaraq bu işdə birgə səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb. O qeyd edib ki, miqrasiya siyasəti sahəsində konstruktiv fəaliyyətin istiqamətləndirilməsi məqsədəuyğundur. A.Mustafayeva azərbaycanlı emiqrantların xaricdə hüquqlarının qorunması problemindən danışaraq, onların ölkə nümayəndəlikləri ilə əlaqələri, ölkəyə qayıtdıqdan sonra yaşayışlarındakı sosial təminat məsələlərinin həlli və dövlətlər arasında müvafiq sazişlərin olmasının vacibliyi məsələsini gündəmə gətirib.


Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev çıxışında miqrasiya siyasətinin beynəlxalq aləmdə təhlükəsizlik təminatı məsələlərinə də aydınlıq gətirərək, beynəlxalq təşkilatların bu sahədəki fəaliyyəti, miqrasiya proseslərinin mövcud vəziyyətində yaranmış bir sıra problemlər barədə məlumat verib.


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak miqrasiya siyasətinin aktual vəzifələrindən, miqrasiya prosesinin təhlükəsizlik təminatının yaradılmasından, emiqrantların hüquqlarının müdafiə olunmasında, miqrasiya prosesində beynəlxalq təcrübə və əməkdaşlığın bu sahəyə verəcəyi töhfələrdən bəhs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR