Milli Məclis orden-medalların təsvirində və ölçülərində dəyişiklik edilməsi ilə bağlı qanun layihələrini qəbul edib

Milli Məclis orden-medalların təsvirində və ölçülərində dəyişiklik edilməsi ilə bağlı qanun layihələrini qəbul edib
# 30 sentyabr 2013 11:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında bir sıra ali mükafatların - ordenlərin, medalların təsvirlərində və ölçülərində dəyişikliklər edilməsi ilə bağlı qanun layihələri müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihələr barədə MM sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.


Layihələrə əsasən “Tərəqqi”, “Vətən uğrunda”, “Polis veteranı” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları, “İstiqlal”, “Şöhrət”, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinin təsvirinə dəyişiklik edilir. Bununla bağlı müvafiq olaraq “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Vətən uğrunda” medalının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “İstiqlal” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında”, “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” və “Şöhrət” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” qanunlara dəyişikliklər müzakirə olunub. Layihələrə əsasən ordenlərin və medalların təsvirlərində və ölçülərində dəyişikliklər edilir, eyni zamanda yeni əlavə lövhələr, simvollar bərkidilir. Təsvirlərdə yeniliklər olacaq. Medallarda nömrə ilə yanaşı, seriyaları da yer alacaq.

Layihələr ayrı-ayrı səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR