İranda 1 nəfər edam edilib

İranda 1 nəfər edam edilib
# 15 oktyabr 2013 18:03 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranda 1 nəfər edam edilib. APA-nın məlumatına görə, Əhvaz şəhərinin sakini olan Səid Ləvimi oktyabrın 8-də dara çəkilsə də, xəbər indi yayılıb. Belə ki, 35 yaşlı məhbus oktyabrın 7-də Əhvaz şəhərinin Karun həbsxanasından İsfahan şəhərinin mərkəzi həbsxanasına köçürülüb. Onun yerinin nə üçün dəyişdirildiyi və nədə günahlandırıldığını dəqiqləşdirmək mümkün olmayıb. Sadəcə, S.Ləviminin dara çəkildikdən sonra cəsədinin ailəsinə təhvil verildiyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR