ABŞ İranla əməkdaşlığa hazır olduğunu bildirib

ABŞ İranla əməkdaşlığa hazır olduğunu bildirib
# 24 sentyabr 2013 14:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “ABŞ İran rəhbərliyi ciddi dialoq aparmaq və qarşılıqlı anlaşma yolunu seçərsə, rəsmi Tehranla əməkdaşlığa hazırdır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında sentyabrın 23-də keçirilmiş görüşdə rəsmi Tehranla “altılıq” ölkələri arasında sentyabrın 26-da nüvə müzakirələri aparılması barədə razılıq əldə olunmasından məmnun qalıb.

C.Psaki deyib ki, İran hökuməti nüvə məsələsinin həll edilməsi üçün dünya ictimaiyyəti ilə qarşılıqlı anlaşma içərisində olmalıdır: “ABŞ olaraq İrandakı yeni hökumətin ölkənin nüvə proqramı ilə bağlı məsələyə diplomatik bir həll yolu tapılması və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) tam əməkdaşlıq etmək məsələlərində dünya ictimaiyyəti ilə ciddi dialoq aparacağına ümid edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR