«IrAero» aviaşirkəti Çelyabinsk-Bakı aviareysini açır

«IrAero» aviaşirkəti Çelyabinsk-Bakı aviareysini açır
# 10 oktyabr 2013 10:13 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Rusiyanın «IrAero» aviaşirkəti noyabrın 5-dən etibarən Çelyabinsk şəhərindən Bakı və əks istiqamətdə aviareyslərin yerinə yetirilməsinə başlayır.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Çelyabinsk-Bakı aviareysi hər həftənin çərşənbə axşamı günü Kanada istehsalı olan «CRJ-200» təyyarələrində həyata keçirəcək.

Belə ki, Bakıdan təyyarə saat 09:55 radələrində havaya qalxacaq və saat 13:40-da Çelyabinska çatacaq. Əks istiqamətdə təyyarə saat 15:00-da uçacaq və saat 17:00-da Bakıya çatacaq. Uçuş vaxtı 1 saat 45 dəqiqə çəkəcək. Bu aviareysə hər iki istiqamətdə bir biletinin qiyməti 486 manat təşkil edir.

Xatırladaq ki, keçən ilin yayında Rusiyanın «Ijavia» aviaşirkəti də bu marşrutla aviareyslər yerinə yetirirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR