Bakıda Fransa-Azərbaycan Universitetlərarası Forumu keçiriləcək

Bakıda Fransa-Azərbaycan Universitetlərarası Forumu keçiriləcək
# 25 mart 2014 07:43 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Aprelin 4-5-də Bakıda II Fransa-Azərbaycan Universitetlərarası Forumu keçiriləcək. Fransanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, aprelin 4-də Azərbaycan və Fransa universitetləri arasında birbaşa dialoq və görüşlər keçiriləcək. Fransa ali təhsil sisteminin üstünlüyü ilə yaxından tanış olmaq üçün bu tədbirlərə həmçinin özəl şirkətlərin nümayəndələri də dəvət olunacaq. Aprelin 5-də keçiriləcək Fransa ali təhsil müəssisələrinin təhsil yarmarkasında isə azərbaycanlı tələbələr iştirak edəcəklər.

Xatırladaq ki, I Fransa-Azərbaycan Universitetlərarası Forumu ötən il iyun 14-də Azərbaycan Diplomatiya Universitetində keçirilib. Həmin forum çərçivəsində bir sıra ikitərəfli əməkdaşlıq sənədləri, o cümlədən Lil Siyasi Elmlər İnstitutu ilə Azərbaycan Diplomatiya Universiteti arasında saziş imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR