Rio da Janeyroda polislə etirazçılar arasında toqquşmalar olub

Rio da Janeyroda polislə etirazçılar arasında toqquşmalar olub
# 07 fevral 2014 04:09 (UTC +04:00)

Bakı-APA. Ötən gün Rio da Janeyroda Braziliya polisi və mərkəzi ictimai nəqliyyat qovşağının fəaliyyətini iflic etmiş minlərlə etirazçı arasında toqquşmalar baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etiraz aksiyasına səbəb avtobuslarda gediş haqqının artması olub. Asayiş keşikçiləri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar isə, öz növbəsində, polis əməkdaşlarını daş qalaq ediblər.

Futbol üzrə DÇ-2014-də hazırlıq işləri ilə əlaqədar sosial məqsədlər üçün ayrılan vəsaitlərin həcminin hökumət tərəfindən azaldılması ötən ilin yayından ölkədə kütləvi etirazlara səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR