Avropa İttifaqının ali nümayəndəsi Fars körfəzi ölkələrinə səfər edəcək

Avropa İttifaqının ali nümayəndəsi Fars körfəzi ölkələrinə səfər edəcək
# 10 yanvar 2014 16:39 (UTC +04:00)

Bakı – APA. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton gələn həftə Fars körfəzi ölkələrinə səfər edəcək.

APA – nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, K.Eştonun mətbuat katibi Maykl Mann bildirib ki, Avropanın baş diplomatının Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Oman və Katar rəhbərliyi ilə görüşləri nəzərdə tutulur.

Bu görüşlərdə ən vacib regional məsələlərin, o cümlədən Suriya probleminin və İranla danışıqların müzakirə ediləcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR