İran XİN rəhbəri: “Altılıq” İranın nüvə probleminin nizamlanması məsələsində Tehranın variantını dəstəkləyib

İran XİN rəhbəri: “Altılıq” İranın nüvə probleminin nizamlanması məsələsində Tehranın variantını dəstəkləyib
# 07 noyabr 2013 21:16 (UTC +04:00)

Baki-APA. “Altılıq” ölkələri İranın nüvə probleminin nizamlanması məsələsində Tehranın variantını dəstəkləyib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu bəyanatla İranın xarici işlər naziri Abbas Araqçı çıxış edib.

Onun sözlərinə görə, Rusiya, Çin, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranın irəli sürdüyü şərtlərlə razılaşıblar.

Həmçinin, İran nüvə sahəsində məhdudiyyətlər tətbiq edəcəyi təqdirdə, “altılıq” sanksiyaları yumşaltmağa hazır olduğunu bildirib.

“İnterfaks”-ın verdiyi xəbərə görə, Ağ Evin rəsmi nümayəndəsi Cey Karni Cenevrədə keçirilən danşıqları ciddi və məzmunlu adlandırıb.

Bununla belə o, noyabrın 7-də keçirilən danışıqların yekunlarını təfsilatı ilə şərh etməkdən boyun qaçırıb. Karninin sözlərinə görə, “altılığın” əsas məqsədi - İranın nüvə proqramının dayandırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR