Bakıda Cəlilabad rayon sakininin xeyli miqdarda pulu oğurlanıb

Bakıda Cəlilabad rayon sakininin xeyli miqdarda pulu oğurlanıb
# 04 sentyabr 2013 09:32 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda Cəlilabad rayon sakininin xeyli miqdarda pulu oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 3-ü saat 03:20 radələrində Cəlilabad rayon sakini Mirzəsəfyar Əkbərov Bakı Beynəlxalq Avtovağzalından Cəlilabad rayonuna getmək üçün «Lifan» markalı avtomaşına minib, 20 Yanvar küçəsində siqaret almaq üçün avtomobildən düşüb . Bu zaman sürücü və yanında olan şəxslə birlikdə avtomaşını sürərək ona məxsus, içərisində mobil telefon, 30 min rubl və geyim əşyaları olan əl çantasını aparıb. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən sürücü, Bakı şəhər sakini Ramin Abdullayev və Xaçmaz rayon sakini Fərhad Müseyibov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR