Baş Prokurorluq İcra Hakimiyyəti başçısının müavininin həbsi barədə məlumatlara münasibət bildirib

Baş Prokurorluq İcra Hakimiyyəti başçısının müavininin həbsi barədə məlumatlara münasibət bildirib
# 05 iyun 2014 14:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. “Bəzi KİV-də Şakir Alıyevə korrupsiya və rüşvət ittihamları irəli sürülərək həbs olunması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Bunu APA-ya açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. O qeyd edib ki, bu məlumatlar yalandır.

Qeyd edək ki, bu gün bəzi KİV-də bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilən Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şakir Alıyevin həbs edilməsi barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR