“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov istefa verib - YENİLƏNİB

“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov istefa verib - <span style="color: red;">YENİLƏNİB
# 08 yanvar 2014 12:51 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, o, ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib.


N. Süleymanovun istefa ərizəsi qəbul edilib və təcrübəli mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulanıb. Çalışdırıcı bu gün komanda üzvləri ilə görüşüb və sağollaşıb.

N. Süleymanov istefası ilə bağlı klubun rəsmi saytına açıqlamasında bildirib ki, “Neftçi” son 3 mövsümün çempionudur və hədəf yenə birincilikdir: “Mən isə hazırki şəraitdə komandanı çempion edəcəyimi düşünmürəm. Ona görə də bu gün istefa ərizəmi klub prezidentinə təqdim etdim.

“Neftçi”də çalışdığım müddətdə işimə heç kim tərəfindən müdaxilə olmayıb və qısa müddətdə birgə işlədiyim bütün kollektivə təşəkkür edirəm. Klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm ki, mənim qərarımı anlayışla qarşıladı. Mənim üçün hər zaman doğma olan “Neftçi”yə gələcək oyunlarda uğurlar arzu edirəm”.

Qeyd edək ki, komandanın məşq prosesinə rəhbərlik fiziki hazırlıq üzrə ispaniyalı məşqçi Ruben Selyesə tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR