Qafqaz Universitetində baş verən yanğın zamanı 10 tələbə təxliyə olunub - FOTO - VİDEO - YENİLƏNİB

Qafqaz Universitetində baş verən yanğın zamanı 10 tələbə təxliyə olunub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 21 iyun 2014 07:03 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Xırdalan şəhərində beşmərtəbəli inzibati binanın yataqxanasının 3-cü mərtəbəsində ümumi sahəsi 25 kv.m olan mətbəxində 1 ədəd soyuducusu yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 10 tələbə yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Yataqxana yanğından mühafizə olunub. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

saat 06.43

Bakı. Mahir Məmmədli - APA. Ötən gecə Qafqaz Universitetində yanğın olub.

APA-nın məlumatına görə, hadisə universitetin Xırdalan şəhərinin Heydər Əliyev küçəsində yerləşən binasında baş verib.

Jurnalistlər hadisə yerinə buraxılmayıblar. Universitetin inzibati işlər üzrə müdiri Sultan Rüstəmov APA-ya bildirib ki, yanğın universitetin bufetində qeydə alınıb. Onun sözlərinə görə, bufetdəki soyuducunun elektrik naqillərindəki qısaqapanma nəticəsində alışma baş verib. Yanğın təxminən 25 kvadrat metr ərazini əhatə edib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xırdalan hissəsinin yanğınsöndürmə briqadaları cəlb olunublar. Yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR