Pərviz Həşimlinin məhkəməsinin vaxtı məlum olub

Pərviz Həşimlinin məhkəməsinin vaxtı məlum olub
# 19 fevral 2014 08:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin cinayət işi üzrə məhkəmə prosesinin başlama vaxtı məlum olub.

APA-nın məlumatına görə, cinayət işi üzrə hazırlıq iclası fevralın 27-nə təyin edilib. Prosesə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov sədrlik edəcək.

P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR