Azərbaycanın Böyük Britaniyadakı səfiri London Diplomatiya Akademiyasında çıxış edib - FOTO

Azərbaycanın Böyük Britaniyadakı səfiri London Diplomatiya Akademiyasında çıxış edib - <span style="color: red;">FOTO
# 05 mart 2014 11:57 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov London Diplomatiya Akademiyasında “Azərbaycan-Böyük Britaniya münasibətləri” mövzusunda təşkil edilmiş diplomatik forumda çıxış edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, forumda London Diplomatiya Akademiyasının müəllim və tələbələri, bir sıra ölkələrin diplomatları iştirak edib.

Azərbaycanın xarici siyasət prioritetləri və istiqamətləri haqqında məlumat verən F.Qurbanov həyata keçirilən siyasi kurs nəticəsində ökəmizin beynəlxalq nüfuzunun artdığını qeyd edib. O, 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələrdən bəhs edib.

Səfir Azərbaycanla Böyük Britaniya arasındakı siyasi, iqtisadi, mədəni və təhsil sahələrində sürətlə inkişaf edən münasibətləri ətraflı təhlil edərək bildirib ki, ölkələrimiz arasındakı münasibətlərin əsası Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərləri ilə qoyulub, prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərləri ilə daha da gücləndirilib. 2013-cü ilin sonlarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Böyük Britaniyaya və onun həmkarı Uilyam Heyqin ölkəmizə qarşılıqlı səfərləri iki ölkə arasındakı ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli hadisələrindəndir. İqtisadi əməkdaşlıqdan bəhs edən səfir xüsusilə enerji sahəsində dinamik əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən bəhs edib. Təhsil, ticarət və digər sahələrdə əməkdaşlığımızdan söz açan F.Qurbanov iki ölkə arasındakı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan səfir münaqişənin yaranma tarixi və hazırda davam etdirilən sülh prosesi haqqında dinləyicilərə məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalını davam etdirməsinin münaqişənin həllinin mümkünsüz etdiyini, işğal faktının regionda sülh və sabitliyin bərqərar olmasına imkan vermədiyini vurğulayıb. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın əhəmiyyətini vurğulayan F.Qurbanov səfir bu günlərdə müxtəlif ölkələrdə qeyd edilən Xocalı soyqırımı haqqında məlumat verib, “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyətini qeyd edib.

Daha sonra səfir diplomatiya sahəsindəki təcrübələrini akademiyanın tələbələri ilə bölüşüb. Gələcəkdə diplomat olmağı arzu edən tələbələrə bu sənətdə qarşılaşacaqları çətinliklər və peşənin üstünlükləri haqqında məlumat verib. Daha sonra səfir dinləyicilərin suallarını cavablandırıb.

Akademiyanın kitabxanasına ölkəmizin xarici siyasəti, tarixi, mədəniyyəti, adət-ənənəsi və turizm imkanlarından bəhs edən elmi kitablar hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR