Rodion İsmayılovun “Doğma ocaq” sənədli filmi növbəti mükafat qazanıb

Rodion İsmayılovun “Doğma ocaq” sənədli filmi növbəti mükafat qazanıb
# 04 oktyabr 2013 16:47 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Rusiyada yaşayan azərbaycanlı rejissor Rodion İsmayılovun “Doğma ocaq” sənədli filmi növbəti dəfə mükafat qazanıb.

APA-nın məlumatına görə, ekran əsəri Sankt-Peterburqda keçirilən “İnsanlara ismarıc” 23-cü beynəlxalq kinofestivalında “Ən yaxşı tammetrajlı sənədli film” mükafatına layiq görülüb. Festivalda 33 ölkədən 100-dən artıq film nümayiş olunub.

Azərbaycanın “Sinema evi” və Rusiyanın “DS film” studiyalarının müştərək istehsalı olan film iki ölkənin nazirliklərinin dəstəyi ilə Tovuz rayonun Köhnəqala kəndində çəkilib. Ekran əsəri indiyədək bir sıra festival və müsabiqələrdə uğur qazanıb, bu günlərdə Vyanada “LET'S CEE” festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR