Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb

Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb
# 08 may 2014 08:09 (UTC +04:00)

Ötən ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 6,5% ucuzlaşma, digər xarici ölkələr üzrə 6,9% bahalaşma müşahidə olunub.

Aprel ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,2%, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 13,0% bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 3,2% ucuzlaşıb.

Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR