Sabirabadda yeniyetmə qonşusunu bıçaqlayıb - VİDEO

Sabirabadda yeniyetmə qonşusunu bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 13 iyun 2014 07:53 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda yeniyetmə həmyaşıdını bıçaqlayıb.

Sabirabad Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, ötən gün saat 19.00 radələrində rayonun Balakənd kənd sakini, 1997-ci il təvəllüdlü Ramiz Ərəstun oğlu Zamanov 1998-ci il təvəllüdlü qonşusu Əhmədzadə Ələmdar Fətəli oğlunu söyərək təhqir etdiyinə görə aralarında münaqişə yaranıb. Bir müddət sonra R.Zamanov yaşadığı evin küçəsində Ə.Əhmədzadəni mətbəx bıçağı ilə kürək və sağ döş qəfəs nahiyəsindən bıçaqlayıb.

Yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub. Yetkinlik yaşına çatmayan R.Zamanov şübhəli şəxs kimi saxlanılıb. Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR