Azərbaycanda avronun rəsmi məzənnəsi 23 aylıq maksimuma çatıb

Azərbaycanda avronun rəsmi məzənnəsi 23 aylıq maksimuma çatıb
# 21 oktyabr 2013 13:09 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, sonuncu dəfə 1,07 manat səviyyəsində rəsmi məzənnə 2011-ci ilin noyabrın 15-də qeydə alınıb.

Ötən müddət ərzində avronun manata qarşı məzənnəsi kəskin dəyişkənlik nümayiş etdirib:

Aydındır ki, avronun manata qarşı tədricən bahalaşması xarici amillərlə, hətta avronun güclənməsi ilə deyil, ilk növbədə ABŞ dollarının zəifləməsi ilə bağlıdır. Çünki ABŞ-da son bir ay ərzində güclü daxili siyasi və bunun nəticəsi olaraq iqtisadi sarsıntılar baş verib. Xatırladaq ki, sentyabrın sonundan ABŞ-da büdcə böhranı davam edib və buna yalnız bir neçə gün əvvəl qısamüddətli büdcənin qəbul edilməsi ilə müvəqqəti son qoyulub. Bunun nəticəsində dollar əsas dünya valyutalarına qarşı zəifləyib və bu Azərbaycanda da avro-manat cütlüyünə təsir edib. Belə ki, dolların dünya bazarlarında zəifləməsi Azərbaycan Mərkəzi Bankı tərəfindən dolların manata qarşı zəifləməsi deyil, avronun manata qarşı güclənməsində əks etdirilib, çünki dolların zəifləməsi makroiqtisadi baxımdan əlverişli deyil, avro isə Azərbaycan iqtisadiyyatında elə də əhəmiyyətli rol oynamır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR