Bakının iki rayonunun içməli su ilə təminatında fasilələr olacaq

Bakının iki rayonunun içməli su ilə təminatında fasilələr olacaq
# 08 aprel 2014 07:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının iki rayonunun içməli su ilə təminatında fasilələr olacaq.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, paytaxtın Səbail və Xətai rayonları ərazisində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar bu gün Səbail və Xətai rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR