Moskvada etiraz aksiyasında saxlanılanların sayı 420-yə çatıb

Moskvada etiraz aksiyasında saxlanılanların sayı 420-yə çatıb
# 24 fevral 2014 20:32 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, şəhərin mərkəzində keçirilən icazəsiz aksiyada təxminən 500 nəfər iştirak edib.

Polisin ictimai asayişi pozmamağı tələb etməsinə baxmayaraq, toplaşanlar dağılışmaq istəməyib.

Bundan əvvəl Moskvada 70, Sankt-Peterburqda isə 60 etirazçının saxlanılması haqqında məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR