“Unibank” yeni kredit kampaniyasına başlayıb

“Unibank” yeni kredit kampaniyasına başlayıb
# 08 may 2014 09:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Unibank”dan hamıya sərfəli kredit” kampaniyasına start verilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, indi “Unibank”dan götürülən hər 1 000 manat kreditə görə, aylıq ödəniş faiz və əsas borc daxil olmaqla cəmi 31 manatdan başlayır. Bank müştəriləri üçün kreditin maksimal məbləğini 7 500 manatdan 10 min manatadək qaldırıb.

Üstəlik, bankdan kredit götürən müştərilərə 6%-dək endirim kampaniyası da davam edir. Bank filiallarına müraciət edən müştərilər cəmi 20 dəqiqə ərzində kredit ala bilirlər.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə, “Unibank”dan 10 min manat və 48 ay müddətədək kredit götürə bilər.

“Unibank” hazırda 36 filialı ilə ölkə vətəndaşların xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR