Gəncə şəhər sakini intihara cəhd edib

Gəncə şəhər sakini intihara cəhd edib
# 30 sentyabr 2013 08:28 (UTC +04:00)

Gəncə. Aər Məmmədli – APA. Gəncədə anasının ölümündən təsirlənən 44 yaşlı kişi özünü öldürmək istəyib.

APA-nın qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü İsfəndiyar Zeynalov qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən İ. Zeynalovun vəziyyəti hazırda normal qiymətləndirilir. Kəpəz rayon Polis Şöbəsindən bildiriblər ki, 44 yaşlı İsfəndiyar Zeynalov 3 gün əvvəl anasının öldüyünə görə özünü öldürmək istəyib.

Faktla bağlı Kəpəz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR