Vaqif Cavadov “İnter” klubu ilə müqavilə bağlayıb

Vaqif Cavadov “İnter” klubu ilə müqavilə bağlayıb
# 06 iyun 2013 08:22 (UTC +04:00)

Bakı – APA. “İnter” daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, bu, millimizin hücumçusu Vaqif Cavadovdur. Müqavilə 2 il müddətinə nəzərdə tutulub.

Əslində, futbolçu ilə müqavilə hələ mayın sonlarında, yəni oyunçu millinin düşərgəsinə yollanmamışdan öncə bağlanılıb. Sadəcə, futbolçu onun “Qarabağ”dan ayrılması böyük səs-küyə səbəb olacaq deyə “İnter”ə transfer olunmasını gizlətməyə çalışıb.

Qeyd edək ki, Vaqif Cavadov ötən mövsüm “Qarabağ”da 24 oyuna 3 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR