QAT Akif Nağını Gürcüstana buraxmayanların cəzalandırılmasını tələb edir

QAT Akif Nağını Gürcüstana buraxmayanların cəzalandırılmasını tələb edir
# 09 iyun 2014 14:09 (UTC +04:00)

Bakı - APA. Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) sədrinin müavini Fəridə Əsgərova, İdarə Heyətinin üzvləri Nəsib Cəfərov və Paşa Dadaşov Gürcüstanın Azərbaycandakı səfirinin müavini İrakli Svanidze ilə görüşüblər.

QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə QAT sədri Akif Nağının Türkiyə-Gürcüstan sərhədində saxlanılması və Gürcüstana buraxılmaması ilə bağlı məsələ müzakirə olunub.

İ.Svanidze bu insidentlə bağlı araşdırma aparıb cavab verəcəklərini bildirib. QAT üzvləri təşkilatın Gürcüstan xarici işlər nazirinə ünvanladığı məktubu səfirliyə təqdim ediblər. Məktubda qeyd edilir ki A.Nağı 2014-cü il iyunun 6-da Türkiyəyə səfərdən qayıdarkən Sarpi keçid məntəqəsində Gürcüstan nümayəndələri tərəfindən saxlanılıb, Gürcüstana buraxılmayıb. QAT bunu təşkilata və bütövlükdə Azərbaycan xalqına qarşı hörmətsizlik kimi dəyərləndirib, dərhal məsələyə aydınlıq gətirilməsini, günahkarların cəzalandırılmasını, A.Nağıdan üzr istənilməsini tələb edib. QAT bu sahədə ləngimə olarsa, Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyalarının keçiriləcəyini istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR