“BakuTel-2013” sərgisinə müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlər də qatılıb

“BakuTel-2013” sərgisinə müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlər də qatılıb
# 02 dekabr 2013 15:15 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bakıda bu gün işə başlayan “BakuTel-2013” telekommunikasiya və informasiya texnologiyaları sərgisinə dünyanın müxtəlif ölkələrindən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlər qatılıb.

APA-nın məlumatına görə, sərgidə mülki informasiya və kommunikasiya sistemləri ilə yanaşı, hərbi məqsədli bəzi məhsullar barədə məlumatlar təqdim olunub.

Sərgidə ABŞ-ın “ITT Exelis”, “Lockheed Martin”, İsrailin “Elbit Systems”, “Gilat”, Fransanın “Thales”, “Thales Alenia Space”, Almaniyanın “Astrium”, Türkiyənin “Koç İnformasiya və Müdafiə Texnologiyaları” kimi hərbi firmalar təmsil olunublar.

Fransanın “Thales” şirkəti sərgi iştirakçılarına aşağı orbitdə yerləşən optik kəşfiyyat peyki, İsrailin “Gilat” şirkəti hərbi nəqliyyat vasitələri üzərinə qurulan peyk rabitəsi üçün anteni, ABŞ-ın “ITT Exelis” şirkəti müxtəlif situasiya məlumatlandırma sistemi, peyklərdən yer üstünün kəşfiyyatının aparılması üçün optik sistemlər barədə məlumatları təqdim edib.

Türkiyənin “Koç İnformasiya və Müdafiə Texnologiyaları” şirkəti isə öz stendində müxtəlif həllər, o cümlədən dəniz altında istifadə üçün hazırlanmış sensorları barədə bilgi verib. Şirkət nümayəndələrinin sözlərinə görə, tamamilə yerli imkanlar hesabına hazırlanmış bu sensorlar limanların və digər vacib obyektlərin mühafizəsi üçün nəzərdə tutulur. Su altında yerləşdirilən sensorlar gəmini sinifləndirir və zəruri məlumatların əldə olunmasında mühüm rol oynayır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR