Kiyevdə xüsusi təyinatlılar meydanı tərk edib, daxili işlər naziri aksiyanın dağıdılmayacağını açıqlayıb

Kiyevdə xüsusi təyinatlılar meydanı tərk edib, daxili işlər naziri aksiyanın dağıdılmayacağını açıqlayıb
# 11 dekabr 2013 10:07 (UTC +04:00)

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, iş günü olmasına baxmayaraq, hazırda meydana təxminən 25 min nəfər toplaşıb. “Berkut”çular qəfildən meydanı tərk etməyə başlayıblar. Kütlə onların gedişini sevinclə qarşılayıb və “əlvida!” deyə qışqırıb. Milislər müxalifətçilərin əlində olan meriya binasını təmizləmək cəhdindən də vaz keçərək binanın ətrafından uzaqlaşıblar.

Daxili işlər naziri Vitali Zaxarçenko isə meydandakı aksiyanı dağıtmağa cəhd etmədiklərini bildirib. O deyib ki, artıq bir neçə gündür şəhərin nəqliyyat arteriyaları barrikadalarla kəsilib, bunun nəticəsində şəhərdə böyük tıxaclar yaranıb: “Hər kəsi sakitləşdirmək istəyirəm – meydanı heç kim dağıtmayacaq. Heç kim vətəndaşların dinc etiraz aksiyası keçirmək hüququna qəsd etmir. Lakin digər vətəndaşların qanun hüquqlarını inkar etmək də lazım deyil. Paytaxtın normal həyatı pozulmamalıdır”.

Nazir yolların barrikadalardan təmizlənməsinin məhkəmə qərarı əsasında həyata keçirildiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR