Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri ilə NATO nümayəndələrinin ekspert qərargah görüşü keçirilir - FOTO

Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri ilə NATO nümayəndələrinin ekspert qərargah görüşü keçirilir - <span style="color: red;">FOTO
# 14 may 2014 14:41 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Bakı şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabitləri ilə NATO-nun Hortvud Hərbi Dəniz Qüvvələri Komandanlığı nümayəndələrinin birgə ekspert qərargah görüşü keçirilir.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ekspertlər tərəfindən dənizdə neft platformalarının mühafizəsi, döyüş gəmilərində şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, gəmi komandirləri və onların köməkçilərinin təlim və təhsildə bacarıqlarının yüksəldilməsi məsələləri müzakirə edilib.

Tədbir mayın 15-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR