Britaniyalı parlamentar: “Azərbaycanlı köçkünlərin öz evlərinə qayıtması beynəlxalq ictimaiyyət üçün prioritet olmalıdır”

Britaniyalı parlamentar: “Azərbaycanlı köçkünlərin öz evlərinə qayıtması beynəlxalq ictimaiyyət üçün prioritet olmalıdır”
# 23 oktyabr 2013 11:26 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın Leyboristlər Partiyasından olan millət vəkili Jerri Sutkliff Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab olaraq deyib. O bildirib ki, münaqişənin beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı prinsipinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən həll edilməsinə daha çox səy göstərilməlidir: “Azərbaycanda bir milyona yaxın məcburi köçkün var və mən Azərbaycana səfərim zamanı onları öz gözlərimlə görmüşəm. Bu insanların öz doğma evlərinə qayıtması beynəlxalq ictimaiyyət üçün prioritet olmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR