Kürdəmir sakininin evində heroin, marixuana və çətənə kolları aşkar edilib - VİDEO

 Kürdəmir sakininin evində heroin, marixuana və çətənə kolları aşkar edilib - <span style="color: red;">VİDEO
# 29 may 2014 06:46 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmirdə müxtəlif növ narkotik vasitələrin qanunsuz olaraq hazırlanması, saxlanılması və satışı ilə məşğul olan şəxs tutulub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Atakişili kənd sakini 1985-ci il təvəllüdlü Ağayev Asim Razim oğlu polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və onun üzərinə baxış keçirilərkən 0.5 qram heroin tapılıb.

A. Ağayevin yaşadığı evə də baxış keçirilib. Baxış zamanı həyətyanı sahədə xüsusi aqrotexniki qaydada qulluq olunaraq becərilən 37 ədəd çətənə kolu aşkarlanıb.

Həmçinin, onun evindən 97 qram qurudulmuş marixuana və 18 qram heroin aşkarlanaraq götürülüb.

A. Ağayev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR