I rübdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə 8,7 mln. ton xam neft ixrac olunub

I rübdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə 8,7 mln. ton xam neft ixrac olunub
# 15 may 2014 11:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin I rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 8,7 mln. ton (66 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 88 tankerə yüklənib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin birinci rübündə BTC üzrə əsaslı xərclərə 14,6 mln. ABŞ dolları xərclənib. 2014-cü il üçün əsaslı xərclərin 119 mln. dollar olması gözlənilir.

Xatırladaq ki, 1 768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Həmin vaxtdan etibarən BTC boru kəməri ümumilikdə 1,9 mlrd. bareldən artıq (256 mln. ton) xam neft nəql edərək dünya bazarlarına göndərib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə müəyyən həcmlərdə “Tengiz” neftinin nəql olunması bərpa olunub. Bundan əlavə, bu ilin fevral ayında ARDNŞ-nin əməliyyatçısı olduğu Şimal Marşrutu İxrac Boru Kəmərinin axın istiqaməti uğurla dəyişdirilib. Bu, BP ilə ARDNŞ-nin bu boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsi idi. Müvafiq kommersiya razılaşmaları əldə edildi və bu da Rusiya xam neftinin BTC vasitəsilə ixracına imkan verib.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); “Chevron” (8,90%); “Statoil” (8,71%); TPAO (6,53%); ENİ (5.00%); “Total” (5.00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ConocoPhillips” (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR