FHN Bakıda baş verən zəncirvari yol qəzası ilə bağlı məlumat yayıb

FHN Bakıda baş verən zəncirvari yol qəzası ilə bağlı məlumat yayıb
# 04 dekabr 2013 00:56 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ötən gün axşam saatlarında baş verən zəncirvari yol qəzası ilə bağlı məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda “Shacman” markalı yük avtomobili, “Hyundai”, “Mercedes” və “Daewoo” markalı minik avtomobilləri toqquşub. Dərhal FHN-in xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olub ki, “Daewoo” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 21:29-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR