Azərbaycanın böyük dostu general-mayor Leonid Vinoqradov vəfat edib - FOTO

Azərbaycanın böyük dostu general-mayor Leonid Vinoqradov vəfat edib - <span style="color: red;">FOTO
# 31 avqust 2013 11:50 (UTC +04:00)

APA-nın məlumatına görə, Leonid Vinoqradov 1979-1986-cı illərdə Zaqafqaziya hərbi dairəsində siyasi şöbənin rəisi, o zaman Azərbaycanda dislokasiya olunmuş Bakı Ümumqoşun Birləşməsinin Hərbi Şurasının üzvü olub. 1982-1986-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü olub. Ömrünün son illərini Sankt-Peterburqda yaşayan Leonid Vinoqradov Azərbaycan diasporunun fəaliyyətində aktiv iştirak edib. 2011-ci ilin sentyabrında general-mayor Vinoqradovun 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Leonid Vinoqradova Azərbaycan rəhbərliyi tərəfindən qiymətli hədiyyə bağışlanıb.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR