Şimali Koreya xarici turistlərin səfəri üçün məhdudiyyətləri azaldır

Şimali Koreya xarici turistlərin səfəri üçün məhdudiyyətləri azaldır
# 24 avqust 2013 11:42 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Şimali Koreya hökumətinin xarici turistlərə ölkənin ilboyu ziyarət etməsinə icazə verəcəyi gözlənilir.

APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, əvvəllər turistlər Şimali Koreyaya yalnız dekabr ayın ortalarından yanvarın ikinci yarısınadək gələ bilməzdilər. Ekspertlərin fikrincə, ölkənin lideri Kim Çen In bu addımı ölkəyə xarici sərmayələrin cəlb edilməsi üçün atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR